"Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirakımız uğurlu oldu. Hindistanlılar çox mehribandırlar".
Bunu Report-a GES-də iştirak edən ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova deyib.
Onun sözlərinə görə, özünün ixtira etdiyi "Rainergy" qurğusu tədbirdə iştirak edən investorların marağına səbəb olub və artıq bir sıra təkliflər də alıb: "Hindistan özü də yağışlı ölkə olduğu üçün Hindistan sahibkarları bu layihəyə çox böyük maraq göstərdilər. Mən orada da dedim ki, bu layihənin həyata keçirilməsi üçün 20 min dollar lazımdır. İnvestorlar da bildirdilər ki, bu, o qədər də böyük məbləğ deyil. Mənə Azərbaycandan da təkliflər gəlib. Sadəcə, təklifləri dəyərləndirib danışıqlar aparmaq qalıb".
R.Camalovanın mentoru Leyla Tağızadə isə bildirib ki, hazırda investorların cəlbi üçün iş gedir. O, Azərbaycan dilində olan layihənin rus və ingilis dillərinə tərcümə ediləcəyini də vurğulayıb.
Xatırladaq ki, azərbaycanlı gənc Reyhan Camalovanın ixtira etdiyi "Rainergy" qurğusu ilə yağış suyundan elektrik enerjisi almaq mümkündür.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
