İsveç kişiləri sekslə məşğul olmaq üçün qadından razılıq almaq öhdəliyi götürməlidir.
Mediainfo.az Moderator.az-a istinadən xəbər verir ki, Isveç parlamenti seksual aktdan əvvəl kişinin birmənalı şəkildə qadından razılıq almağı haqqında qanun layihəsini bəyənib. Əks halda, hətta seks qarşılqlı razılaşma ilə baş tutduqda belə o, zorlamada ittiham oluna bilər. Bu qanun 2018-ci ilin iyulunda qüvvəyə minəcək.
Bu qanun layihəsinə əsasən əgər qadın birmənalı olaraq cinsi əlaqəyə razılıq veməyibsə, bu zorlama kimi qəbul ediləcək. Bundan başqa, bu qanun təsadüfi əlaqədə olanlara deyil, həm də çoxdan münasibətdə olan cütlüyə, hətta ər-arvada da şamil olunacaq.
Alman nəşri "Focus" xəbər verir ki, beləliklə İsveç parlamenti bununla Amerkada baş vermiş seriya qalmaqallara reaksiya vermiş olub. Məlumdur ki, Hollivud prodüsseri Harvi Vaynşteyni, bir neçə aktyoru və siyasətçiləri seksual təcavüzdə ittiham ediblər.
P.S. Qanun layihəsində bu razılığın şifahi və ya yazılı şəkildə olması mexanizmi verilən xəbərlərdə hələlik öz əksini tapmayıb. Yəni bəzi incə məsələlər var: bu razılıq hər seksual aktda alınmalıdır, ya birdəfəlik razılıq sənədi olmalıdır? Məsələnin hüquqi yolları necə öz həllini tapacaq.., maraq doğurur...
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































