Atatürk riyakar şeyxin saqqalını necə qırxdırdı?

Atatürk riyakar şeyxin saqqalını necə qırxdırdı?

Türkiyə Cümhuriyyətinin qurucusu, böyük şəxsiyyət Mustafa Kamal Atatürk həm də qeyri-adi düşüncə sahibi idi.O, orijinal analiz, mühakimə qabiliyyəti ilə yanaşı, həm də insan psixologiyasını çox mükəmməl şəkildə bilirdi.

Mediainfo.az Moderator.az-a istinadən Atatürklə bağlı təqdim etdiyi maraqlı tarixi faktı təqdim edir:

Atatürk bir gün Amasiya səfərində olarkən diqqətini uzun saqqallı bir adam çəkir. Onun kim olduğunu soruşur. Bildirirlər ki, o buralarda hörmət sahibi bir şeyxdir. Atatürk şeyxi işarəylə yanına çağırıb deyir:

- İnsanlıq, Allah sevgisi saqqalın uzunluğunda deyil. Rica etsəm bir az qısalda bilərsənmi?

Bu sözleri deyəkən də eli ilə boynunu göstərir.

Şeyx deyir ki, baş üstə...

Aradan bir müddət keçir. Atatürk Amasiya valisinə zəng edib şeyxi soruşur. Vali deyir ki, saqqalında heç dəyişiklik etməyib... Atatürk bu söhbətdən sonra valiyə bir məktub yazıb onu şeyxə çatdırmasını istəyir.

Bir gün keçmədən vali xəbər verir ki, şeyx Atatürkü görməyə gəlir...

Şeyx artıq yeni geyimi, tər-təmiz təraş olmuş üzü ilə hamını təəccübləndirir. Atatürkün yanındakılardan biri dözə bilməyib soruşur:

-- Paşam, məktubda nə yazmışdınız? Bu ki, saqqalını qırxmaz idi...

Atatürk cavab verir:

-- Onu Afyon valisi təyin etdiyimi yazmışdım.

Atatürk onu qarşılayır, görüşür, amma heç nə demir. Görüşdən sonra əlindəki məktubu köməkçisinə verib şeyxə çatdırmasını istəyir. Məktubda yazılmışdı:

"İnsanlığın saqqalın uzunluğunda olmadığını anladığına sevindim. Vali məsələsinə gəlincə, bu gün kreslo uğrunda 40 illik saqqalından keçən, sabah daha sərfəli təklif üçün millətindən keçər. Vəzifədən azad edildin..."

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az