Bakını tərk edın ingilislər erməni “arvadlarını” necə aldatdılar?

Bakını tərk edın ingilislər erməni “arvadlarını” necə aldatdılar?

1919-cu ilin Bakısı... Şəhər Cümhuriyyətin paytaxtıdır. Amma bir neçə ay idi ki, burada ingilislər, daşnaklar, menşevik-bolşeviklər ağalıq edirdilər.Amma Nuru Paşanın gəlişindən sonra Bakı yenidən Azərbaycan Cümhuriyyətinin , Azərbaycan türklərinin sərəncamıma verildi.

O ərəfələrdə çox maraqlı hadisələr yaşanırdı. Manaf Süleymanovun araşdırmalarında Bakının həmin illərdəki həyatından maraqlı bir epizodu təqdim edir. Bu o vaxt idi ki, ingilislər artıq şəhəri tərk edirdilər. Onlara güvənən ermənilər isə ayrı ümidlə yaşayırdılar:

"Hadisələr bir-birini sürətlə əvəz edirdi. Heç kəs sabahkı günün necə qurtaracağını bilmirdi. Hamı intizarda, nə isə gözləyirdi. Hərə bir mülahizə yürüdürdü. On doqquzuncu ilin axırına yaxın ingilis qoşunları Bakıdan Tiflisə yola düşürdü. Zabitlər burada "evləndikləri" xanımları üçün qatarın arxasında xüsusi vaqon qoşdurmuşdular. Xanımların çoxu erməni dövlətlilərinin qızları idi. Əşyalarını - çamadan, boxça-torbalarını yerbəyer edib, yola düşməyə müntəzir idilər. Xanım-xatın gözəllər İngiltərədə necə yaşayacaqları barədə fikirləşirdilər. Zabitlər qabaq tərəfdəki, komanda heyəti olan vaqonda idilər. Onlar söhbət edir, danışıb-gülürdülər. Belə zəngin, rəngarəng şəhərdən ayrılmağa təəssüf edirdilər. Parovoz uzun, sürəkli fit çalır, astadan hərəkətə gəlib vaqonları arxasınca sürükləməyə başlayır. Xanımlar üçün qoşulmuş "xüsusi" vaqon isə tərpənməyib yerindəcə qalır. Xanımlar bunu gördükdə dəhşətə gəlir və başa düşürlər ki, burda da ingilislər hiylə işlədib, onları aldadıblar. İngilis zabitləri isə pəncərələrdən baxıb, istehza ilə gülə-gülə əlləri ilə xanımlara vida salamı yollayırdılar".

İngilis qoşunları Bakıdan tamamilə çıxıb gedəndən sonra fəhlə Bığlı Həsənəli bədiyə yazmışdı; fəhlələr ingilispərəstlərə sataşıb vedrənin altına döyəcləyib oxuyurdular:

Başlagınan nağaranı çalmağa,

Sözlərimi ta yadıma salmağa.

O, gəlmişdi Qafqazyada qalmağa,

Qalaydı mehman, hara çıxdı getdi?

Gül-çuvalın yığışdırıb bağladı,

Qonşumuzun ürəyini dağladı,

Onlar getdi, "arvadları" ağladı,

O mahi-taban hara qaçdı getdi?

Gələn kimi quyruğuvu buladın,

Sevincindən lap it kimi uladın.

Qarına-fətir* qatırların suladın,

Dərdüvə dərman hara çıxdı getdi

Hazırladı Elmin Nuri

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az