"Əvvəllər Azərbaycanda erkən nikah halları daha çox cənub bölgəsində baş verirdi, amma indi artıq Mərkəzi Aran rayonlarında da belə faktlar üstünlük təşkil edir".
Mediainfo.az-ın məlumatına görə bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib. Onun sözlərinə görə, cənub bölgəsində erkən nikahla bağlı əhalinin maarifləndirlməsi üçün daha çox iş aparılması səbəbindən burada belə hallar azalıb. Hazırda belə tədbirlərin Mərkəzi Aran rayonlarında da aparıldığını xatırladan R.Süleymanzadə deyib ki, 2016-cı ildə erkən nikahla bağlı 440 fakt qeydə alınıb: "Bu, yalnız aşkara çıxarılan faktlardır. Təbii ki, məsuliyyətdən yayınanlar da ola bilər. Əvvəllər belə faktların sayı daha çox idi. Lakin qanunvericliyə dəyişiklik edildikdən sonra erkən nikah halları minimuma enib. Bunun da qarşısını almaq üçün daim maarifləndirmə işləri aparılır".
R.Süleymanzadə qeyd edib ki, 2016-cı ildə qızı erkən nikaha daxil olmağa məcbur etdiyinə görə 40 nəfər məsuliyyətə cəlb edilib. Azərbaycanda erkən nikah hallarının ildən-ilə azaldığını deyən R.Süleymanzadə qeyd edib ki, erkən nikaha daxil olanlar arasında daha azyaşlı uşaqların olub-olmaması barədə məlumatları yalınız mətbuatdan əldə edirlər. Onun sözlərinə görə, daha çox rast gəldikləri faktlar 16-17 yaşlı qız uşaqlarının nikaha daxl olmağa məcbur edilməsidir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
