
Aydan çəkilən fotolar incələnərkən ufoloqlar Yerin təbii peykinin səthində anlaşılmaz bir strukturu müşahidə ediblər.
UNO araşdırmaçıları obyektin yadplanetlilərin sualtı qayığı olduğunu iddia ediblər. Çünki bu müəmmalı obyekt öz formasına görə məhz sualtı qayığı xatırladır. Nəzərə alanda ki, alternativ elm haçansa Ayda dənizlərin olduğunu iddia edir, bu tapıntı o qədər də təəccüb doğurmur.
Son tapıntı ilə bağlı elm adamlarını təəccübləndirən əsas məqam isə obyektin ideal dərəcədə simmetrikliyi və sualtı qayığa oxşamasıdır.
Tanınmış konspiroloq və UNO araşdırmaçısı Skott Vorinq tapıntı haqda yazılmış çeşidli fikrlərdən danışarkən, bu strukturun məhz sualtı qayıq olduğunu düşünmədiyini deyib:
"Bu obyektin məhz sualtı qayıq olduğunu düşünmürəm. Ancaq orada nəyinsə olduğu şübhəsizdir. Bu, siqar formalı yadplanetli gəmisi, yaxud da onların Ayaltı bazası ola bilər. Onun yerləşdiyi ərazi isə kosmik şüalanmadan və meteorit bombardmanlarından qorunmaq üçün ideal yerdir. Onu yadplanetlilər tərk edibsə, Aya məskunlaşma zamanı insanlar bundan istifadə edə bilərlər. Onu insan nəsli üçün yadplanetlilərin əsl hədiyyəsi hesab etmək olar, bir şərtlə ki, bizə bu nəhəng süni yadplanetli bazasında məskunlaşmğa imkan verərlərsə…"Teleqraf.com
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
