Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) öz əməkdaşlarını xidməti avtomobillərdən azad edib və onların taksi xidmətindən istifadə etmələrinə qərar verib. Bu barədə iqtisadi inkişaf naziri Maksim Oreşkin "Gazeta.ru" saytına müsahibəsində bildirib. "Nazirliyin xərclərinin əsas elementlərindən biri xidməti avtomobillərə çəkilən xərclərdir. Artıq əməkdaşların və hətta departament direktorlarının xidməti avtomobillərdən imtina edərək taksi xidmətindən istifadə etmələri üçün layihə həyata keçirmişik", - deyə nazir əlavə edib. Nazirin fikrincə, bu qərar nəticəsində hər avtomobildə 4 qat qənaət əldə edilib. Belə ki, departament direktorlarının sürücü ilə birgə avtomobilinin illik xərci 2,4 mln. rubl (40 000 dollar) təşkil edir. Eyni sinifdən olan avtomobillə taksi xidmətindən istifadə isə illik 500-600 min rubla (8 300-10 000 dollar) başa gəlir. "Məcmu qənaət on milyonlarla rubl təşkil edə bilər", - deyə M.Oreşkin bildirib. Xatırladaq ki, M.Oreşkin nazirlikdə ixtisarların aparıldığını qeyd edib.Report
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































