Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
11 Sentyabr 11:17
Rumıniyanın son kralı Kinq Maykl vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rumıniya Kral Evi yayıb. Onun 96 yaşında İsveçrədə vəfat etdiyi bildirilib.
Qeyd edək ki, I Maykl 1940-1947-ci illərdə Rumıniyanı idarə edib. O, 1944-cü ilə qədər nasist Almaniyası ilə ittifaqda olub. SSRİ-nin Rumıniya sərhədlərinə çatmasından sonra o dərhal bütün alman hərbçilərini və generallarını həbs etdirib.
Maykl 1947-ci ildə Rumıniyadan qaçmağa məcbur olub.