Ağcabədidə təşkil edilən toy karvanı görənlərin marağına səbəb olub. Toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 10 ədəd bəzədilmiş traktor da qoşulub. Toy karvanı o qədər maraqlı alınıb ki, gəlin gətirən başqa bir avtomobil karvanı da onlara qatılıb.
Mediainfo.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, qeyri-adi karvan Ağcabədinin Poladlı kəndində, Rabil Əliyevin toy mərasimində təşkil edilib.
Bəy və dostları traktorçu olduğundan toy karvanına traktorları da qoşmaq qərarına gəliblər. Dostları bu şəkildə Rabil Əliyevi təəccübləndirmək istəyiblər.
Toy karvanına qoşulmaq istəyən traktorların sayı çox olub. Lakin bəyin atası təhlükəsizlik səbəbindən karvanda 10 traktorun iştirak etməsini məsləhət görüb.
Qeyri-adi toy karvanını görənlər bunu mobil telefonlar vasitəsilə lentə alıblar.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
