Türkiyə mətbuatı Kırklareli rayonunda 8 ildən çoxdur ki, iflic olmuş həyat yoldaşına körpə uşaq kimi qulluq edən Reyhan adlı azərbaycanlı qadın haqqında məqalə dərc edib. 2007-ci ildə ortaq dostları vasitəsilə tanış olub evlənən cütlük cəmi iki il xoşbəxt yaşaya bilib.
2009-cu ildə iflic olan Fethi Koçər yataq xəstəsinə çevrilib.
Reyhan Koçer öz həyat yoldaşını çox sevdiyini, ölənə qədər ona baxacağını bildirib: "Həyat yoldaşım mənim hər şeyimdir. Həyatımız hər şeyə rəğmən, çox yaxşıdır. Mən ondan çox məmnunam və heç vaxt onu atıb getmərəm. Evlənərkən xoş gündə, pis gündə bir yerdə olacağımıza söz verdik. Həmişə yanında oldum, bundan sonra da yanında olacağam".
O, ərinin xəstəliyindən sonra əksər tanışlarının ona ölkəsinə qayıtmağı məsləhət gördüklərini deyib. Lakin Reyhan Koçer sağlam vaxtında ailə qurduğu bu şəxsi xəstələndikdə tənha qoymayacağını bildirib: "Belə düşünənlər çoxdur ki, "başqa millətdəndir, qoyar gedər". Amma mən onu atıb gedə bilmərəm. Mən bu insanla evlənəndə xəstə deyildi. Sonradan belə oldu, onu necə atıb gedim? Həm də mən artıq yad deyiləm, Türkiyə vətəndaşıyam. Türk bayrağının altında yaşamaqdan qürur duyuram. Fiziki qüsurlu insanlarla yaşayanlara da tövsiyəm odur ki, heç vaxt yaxınlarını tək qoymasınlar".
Fethi Koçer də həyat yoldaşından çox razı olduğunu, onu çox sevdiyini söyləyib. "Allah həyat yoldaşımdan razı olsun. O mənə çox qayğı göstərir. Allah hər kəsə belə həyat yoldaşı qismət eləsin", - deyə F. Koçer qeyd edib.
Virtualaz.org
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
