Avropanın öndə gedən 3 aviasiya və texnologiya şirkəti hibrid xüsusiyyətli elektriklə işləyən təyyarə istehsal edəcək.
Mediainfo.az Publika.az-a istinadən xəbər verir ki, Fransanın "Airbus", İngilətənin "Rolls-Royce" və Almaniyanın "Siemens" şirkətləri bu layihəni həyata keçirmək üçün razılaşma imzalayıb.
"E-Fan X" adı verilən ortaq layihə çərçivəsində "British Aviation" firması tərəfindən istehsal edilən "BAe 146" sərnişin təyyarəsinə 3 qırıcı təyyarə motoru və 1 elektrik motoru əlavə ediləcək. Təyyarələrdə sadəcə elektrik motorlarından istifadə edilməməsinin səbəbi isə elektrikli motor bataryalarının və onların soyutma sisteminin həddən artıq ağırlığı və aviasiya üçün praktik olmamasıdır.
Firmalar bu layihəni Avropa İttifaqının (Aİ) aviasiyadan qaynaqlanan karbon emisiyalarının azaldılması tələblərinə cavab olaraq, ərsəyə gətirmək niyyətindədir. Layihə çərçivəsində hazırlanan təyyarələr 2020-ci ildə sınaqdan keçiriləcək, 2025-ci ildə isə istifadəyə veriləcək.
Qeyd edək ki, Aİ aviasiya şirkətlərindən 2020-ci ildən etibarən karbon emisiyalarının mərhələli şəkildə azalılmasını tələb edib. Hədəf karbon emisiyalarının 2035-ci il etibarilə daha öncəki illərə nisbətən 80% azaltmaqdır.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











