"20 yaşıma qədər oğlanlarla ciddi münasibətim olmayıb". Mediainfo.az-ın Apasport.az -a istinadən məlumatına görə, bu sözlər məşhur tennisçi Mariya Şarapovaya məxsusdu.
Rusiyalı idmançı "Etibarsız" adlı bioqrafiya kitabında şəxsi həyatının detallarına aydınlıq gətirib. Gənc yaşlarında oğlanlardan qaçdığını etiraf edən Şarapova sloveniyalı basketbolçu Saşa Vuyaçiçlə münasibətlərindən danışıb: "2009-cu ilin sonunda rəfiqəm qonaqlıq təşkil etmişdi. Mən də Saşa ilə orda tanış oldum. Onda hələ gənc idi. Dərhal hiss etdim ki, əsl mənim ola biləcək biridi. Problemlərimiz isə 1 il sonra başladı. Los-Ancelesdə evlərimiz eyni küçədə idi. Mənim mənzilim daha rahat olsa da, Saşa məni idarə etmək üçün onun evinə köçməyimi istəyirdi. O, heç cür həzm edə bilmirdi ki, qazancım qazancından, evim evindən böyükdü. Sonra biz nişanlandıq".
Şarapova bildirib ki, Saşa onun oyunlarına gəlib, nişan üzüyünü daim nümayiş etdirirmiş: "Lakin mən uğurlar qazandıqca Saşa daha çox aqressiv olurdu. Onun rəftarı məni qəzəbləndirsə də, müsahibələrimdə, açıqlamalarımda susurdum. Bu səbəbdən bir gecənin içində hər şeyə son qoymağa qərar verdik. Hərçənd, bunadək aylarla bu haqda düşünmüşdük".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
