Məşhurların ölümləri də həyatları qədər sirli və maraqlı olur. Təsadüfi deyil ki, bir sıra tanınmışların ölümündən sonra vəfatından sonra ölüm anı ilə bağlı şübhəli məqamlar qabarır.
Mediainfo.az Moderator.az-a istinadən ölümü hələ də şübhə altında qalan bir neçə məşhuru təqdim edir:
1. Adolf Hitler
Həyat yoldaş ilə intihar etdiyi deyilən Hitlerin, əslində ölmədiyi, Argentinaya qaçdığı iddia edilir. Ruslar Hitlerin və həyat yoldaşının qalıqlarını analiz edərək onların öldüklərini təsdiqləyiblər. Buna baxmayaraq Hitleri sonradan gördüklərini iddia edən adamlar da az deyil.

2. Elvis Presli
1977-ci ildə öldüyü deyilsə də, bu tarixdən sonra pərəstişkarları onu gördüyünü iddia edirlər. Onlara görə məhşur mügənni ölüm xəbərini əyləncə üçün yayıb. Hətta o maraq üçün özünə bənzəyən insanlarla birlikdə "Elvid Preslinin oxşarları" yarışmalarına da qatılıb.

3. Kraliça Diana
Kraliça Diana xeyirxah əməlləri ilə təkcə ingilislərin deyil hər kəsin rəğbətin qazanmışdı.
1997-ci ildə avtomobil qəzasının qurbanı olması, onu sevənləri yasa qərq etmişdi. Qəzadan sonra onu həmin ərazidə qucağında bir körpə ilə görüldüyü deyilir. Ona görə də Diananın ölümü şübhə altındadır.

4. Əhməd Qaya
Təkcə ölkəsində deyil, eləcə də dünyada ən çox sevilən mügənnilərdən olan Əhməd Qaya da öldüyünə inanılmayan məhşurlar sırasındadır. Öldükdən sonra albomlarının və kliplərinin yayımlanması, eyni zamanda ona məxsus səs yazmalarının də sürətlə artması onun öldüyünü şübhə altına alır.

5. Maykl Cekson
Onun Los-Ancelisde ölümü hələ də şübhə altındadır. İlk olaraq ölümündə şəxsi həkimi təqsirli bilinərək həbs edildi. Ölümü zamanı çəkilən görüntülərdə ona köməyə gələn təcili yardım maşınının arxa hissəsindən üzü bağlı bir adamın düşüb onu qaçırdığı əks olunur.
Başqa bir iddia da irəli sürülür ki, Maylı yenidən simasını dəyişərək rahat şəkildə həyatını yaşayır.

Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































