15 yaşlı qıza elçi gedən Zaur danışdı:hansı kadrlar kəsilib? -

15 yaşlı qıza elçi gedən Zaur danışdı:hansı kadrlar kəsilib? -

Xəzər TV-də yayımlanan "5-də 5" verilişinin "Elçilik" rubrikasının sonuncu buraxılışı etirazlara səbəb olub. Verilişin aparıcısı Zaur Kamal bir neçə məşhurla birlikdə Ağdam rayonunun Quzanlı kəndinə elçiliyə gedib. Məlum olub ki, elçiliyə getdikləri qızın 15 yaşı var. Sözügedən kadrların efirdə yayımlanmasından sonra bir çox jurnalist tənqidi fikirlər yazıb. Onlar 15 yaşlı qıza elçi getməyin və bunun efirdə yayımlanmasının doğru olmadığını bildiriblər.

Kult.az sözügedən məsələ ilə bağlı Zaur Kamalla əlaqə saxlayıb. Z.Kamal bildirib ki, o qızın deyildiyi kimi, 15 deyil, 17 yaşı var.

Azərbaycanda nikaha girmə yaşının 18 olduğunu xatırlatdıqda isə aparıcı qeyd edib ki, ətraflı danışmaq hüququ yoxdur:

"Çox təəssüf ki, sualınıza cavab verə bilməyəcəyəm. Müsahibə vermək ixtiyarım yoxdur".

Kult.az-ın əldə etdiyi məlumatda isə bildirilir ki, "5-də 5" heyətinə müraciət edən oğlan qızla bir-birilərini sevdiklərini, ailələr arasında heç bir problem yaşanmadığını deyib. Çəkiliş qrupu yalnız elçilik zamanı öyrənib ki, oğlan bundan öncə evli olub, iki övladı var, ailə qurmaq istədiyi qız isə yetkinlik yaşına çatmayıb.

Hadisəni öyrəndikdən sonra məşhurlardan bəziləri elçilikdən imtina edib, Zaur Kamal isə televiziyaya müraciət edən şəxsə kəskin etirazını bildirib.

Maraqlıdır ki, efirə gedən kadrlarda bunlar əksini tapmayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az