Oktyabr ayının son günləri üçün hava temperaturunun bu cür keçməsi səciyyəvi deyil.
Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji təbliğat şöbəsinin müdiri İsa Əliyev deyib.
Onun sözlərinə görə, müşahidə olunan isti hava oktyabrın əvvəlində də ola bilərdi: "Oktyabrın sonu, noyabrın əvvəli üçün havaların bu cür keçməsi qlobal iqlim dəyişmələrinin təzahüründən biridir. Temperatur artanda atmosfer təzyiqi aşağı düşür, nəticədə əraziyə güclü hava kütləsi daxil olur.
Bu dəfə ölkəyə Ərəbistan səhrasından isti hava kütləsi daxil olub. Temperatur gündüz 27 dərəcə oldu. Gecə temperatur yalnız 1 dərəcə düşdü. Bu, günəşin təsirindən deyildi. Cənubdan ölkəmizə isti hava kütləsi daxil oldu və təzyiqi aşağı saldı, soyuq hava kütləsinin gəlişinə şərait yarandı".
Şöbə müdiri qeyd edib ki, ümumi tendensiya istiləşməyə doğru gedir: "Günəşdən Yerə nə qədər istilik gəlirsə, o qədər də kosmosda əks olunur. Ola bilər ki, yayda çox isti gəlsin, qışda isə əksinə daha çox əks olunsun və sair.
Qarşıdakı illərdə soyuq fəslin dövrü azalacaq. Ola bilər ki, regionun bir yerində uzun müddətli sel, digər yerində isə quraqlıq ola bilər. Tədbirlər görülməsə bu cür hallar artacaq".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
