Yaşayış yerinin bronlanması ilə məşğul olan Tvil.ru saytı (Rusiya) noyabrda bayram günlərində rusiyalıların MDB-nin və yaxın xaricin hansı şəhərlərinə yollanacaqlarını təyin edib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin şəhərlərin reytinqi 2017-ci il noyabrın 3-dən 7-dək yaşamaq üçün mehmanxanaların, mənzillərin və qonaq evlərinin bronlanmasına dair müraciətlər barədə məlumatlara əsasən təyin edilib.
Noyabrın 4-də bu ölkədə xalq həmrəyliyi günü qeyd olunur. Bu səbəbdən noyabrın 4-6 tarixlərində rusiyalıları ardıcıl 3 gün istirahət gözləyir. Noyabrın ilk dekadasında rusiyalı turistlərin səyahətə yollanmağa hazırlaşdığı top-5 MDB şəhərləri arasında Bakı da var.
Məlumatlara əsasən, rusiyalı turistlər noyabr bayramlarında orta hesabla 3,5 gün Azərbaycan paytaxtında dincələcək və hər gün orta hesabla 2,9 min rubl xərcləyəcəklər.
Qeyd edək ki, Tvil.ru saytı Rusiyanın hotel, mənzil və qonaq evlərinin onlayn bronlanması üzrə aparıcı saytıdır. Hər ay 2 milyondan artıq insan bu sayta müraciət edir, istirahət və səyahətə aid 50 min variantdan birini seçib bron edir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
