Telman İsmayılovun daha bir obyekti satışa çıxarıldı

Telman İsmayılovun daha bir obyekti satışa çıxarıldı

Azərbaycanlı biznesmen Telman İsmayılova məxsus "Mardan Palace" hotelinin idman kompleksi satışa çıxarılıb.

Mediainfo.Az Apasport.az-a istinadən xəbər verir ki, Antalyada yerləşən hotelin 101 min 407 kvadrat metrlik sahəsinə qiymət qoyulub.

2009-cu ildə Kundu bölgəsində 1,4 milyard dollara inşa edilən və 2010-cu ildə dünyanın ən lüks hoteli seçilən "Mardan Palace" Telman İsmayılovun İctimai Təhlükəsizlik Təşkilatına olan borcu üzündən əlindən alınmışdı. Komplekslə yanaşı, hotelə məxsus bir neçə yer ümumilikdə 101 milyon lirəyə satışa çıxarılıb. İdman kompleksində 4 tribunalı stadion, tək tribunalı bir futbol meydanı və 2 məşq meydanı yerləşir.

Qeyd edək ki, "AST 1989 Group"a məxsus olan "Mardan Palace" hotelinin ümumi sahəsi 180 min kvadrat metrdir. Hotelin inşası zamanı 10 min kvadrat metr ərazidə qızıl və 500 min kristaldan istifadə olunub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az