Ayın səthini və geoloji strukturunu araşdıran yaponiyalı alimlər planetdə mağara kəşf edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 50 km genişliyi və 50 m dərinliyi olan mağara "Selene" kosmik gəmisi tərəfindən kəşf edilib. Yaponiya Kosmik Araşdırmalar Agentliyi "Jaxa" mağaranın radio siqnallarla analiz edildiyini bildirib. Əldə olunan məlumata əsasən, mağaranın strukturu kifayət qədər dayanıqlıdır və qayalar arasında su və buzun ola biləcəyi təxmin edilir.
Alimlər mağaranın 3,5 milyard il əvvəl "Marius təpələri" kimi bilinən tektonik fəaliyyət nəticəsində meydana gəldiyini deyirlər.
"Jaxa"nın nümayəndəsi Juniçi Haruyama mətbuat konfransı ilə çıxış edərək "Bölgədə lava tunellərinin olduğunu bilirdik, lakin bu sübut olunmamışdı. Mağara gələcəkdə qurulması planlaşdırılan daimi Ay bazası üçün ideal ərazidir. Bu bölgə sayəsində astronovtlar mikro meteorlardan, radioaktiv kosmik şüalardan qoruna biləcək. Mağaranın araşdırılması Ayın təkamülü mövzusunda da vacib məlumatlar əldə etməyimizə kömək edəcək." deyib.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































