Adı çəkilsin deyə, 30 min təklif etdi – Bu şəhərdə

Adı çəkilsin deyə, 30 min təklif etdi – Bu şəhərdə

Zəlimxan Yaqubu parodiya etdiyimiz üçün bizə qonaqlıq vermişdi.

Kult.az xəbər verir ki, bu sözləri əməkdar artist Rafael İsgəndərov "Bu şəhərdə" kamandasınınMusavat.com saytına verdiyi müsahibədə bildirib. Aktyor deyib ki, indiyə qədər konsertlərində parodiya etdikləri tanınmışlardan heç kəs onlardan inciməyib:

"Əksinə, kimisə parodiya etmədiyimiz üçün bizdən inciyənlər olub. Zəlimxan Yaqub isə qonaqlıq vermişdi parodiyamıza görə".

Aktyor bildirib ki, konsertlərində parodiya edilmək istəyənlər arasında onlara pul təklif edənlər də olub. Ancaq buna görə kimdənsə pul almayıblar:

"Biz parodiya etdiyimiz şəxsi özümüz seçirik. Parodiya sevgi kimidir, pulsuz olanda ləzzət edir. Süni görünmək istəmirik.

Konsertdə səhnəcik arasında mahnı oxumaq üçün 5000 manat təklif edən də olub. Bir şirkət isə 30 min manat təklif etmişdi ki, səhnəcikdə adları getsin".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az