Məşhur ispan rəssam Pablo Pikassonun Fransada son illərini keçirdiyi evi 20,2 milyon dollara satılıb.
"Qafqazinfo" TRT-yə istinadən xəbər verir ki, rəssamın hərraca qoyulan evini Rayo Uitanac adlı Yeni Zelandiyalı iş adamı alıb.
R.Uitanac iyun ayında hərracda evi satın almağa haqq qazanmış, ancaq lazım olan pulu verə bilmədiyi üçün ev ona təhvil verilməmişdi. Yaxınlarda Qrass şəhərində evin pulunu tam verdikdən Pikassonun evini almağa nail olub.
Qeyd edək ki, 91 yaşında vəfat etmiş Pikasso 1961-ci ildə bu evi almış, 1973-cü ildə dünyasını dəyişənədək ömrünün son 12 ilini bu evdə keçirmişdi. Üç hektarlıq sahədə yerləşən evdə 15 yataq otağı var.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































