Ali məktəblərin bakalavr, magistratura, doktorantura pillələrinin tələbələrinə müvafiq kreditlərin verilməsi üçün "Təhsil haqqında" qanuna dəyişikliklər ediləcək.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında məlumat verib.
Komitə sədri bildirib ki, qanun layihəsində kredit verənlərin hüquqları, sponsorların əldə edəcəyi üstünlüklər, kredit alanın məsuliyyəti və vəzifələri əksini tapacaq.
"Artıq parlamentin Elm və təhsil komitəsinə təhsil haqlarını ödəyə bilməyən tələbələrlə bağlı qanunun hazırlanması üçün Təhsil Nazirliyindən, Gənclər və İdman Nazirliyindən, Milli Məclisin Gənclər və idman komitəsindən müraciətlər daxil olub. Hazırda bu istiqamətdə işlər aparılır. Hətta ola bilər ki, bununla bağlı yeni qanun layihəsi də hazırlansın. Hesab edirəm ki, "Təhsil haqqında" qanuna ediləcək dəyişiklikləri bu ilin sonuna qədər parlamentin iclasına çıxaracağıq".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
