Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum olub.
Publika.az xəbər verir ki, bu haqda "Vaşinqton Post" nəşri yazıb.
Nəşrin yazdığına görə, İsrail xüsusi xidmət orqanları "Kasperski Laboratoriyası"nın daxili şəbəkəsini "sındırıblar" və kompüterlərindəki "haker alətləri"ni aşkar ediblər. İsrail sonradan bu alətləri ABŞ-a verib. NSA tərəfindən aşkar edilmiş araşdırma bu alətlərin Rusiya hökumətinin əlində olduğunu aşkar edib. Bundan sonra ABŞ-ın dövlət orqanlarına "Kasperski Laboratoriyası"nın məhsullarından istifadə etmək qadağan edilib.
Qeyd edək ki, daha əvvəl ABŞ KİV-i rusiyalı hakerlərin "Kasperski" antivirusundan istifadə edərək NSA-nın məxfi fayllarını oğurladığını bildirib. Oğurlanan fayllarda ABŞ Milli Təhlükəsizlik Agentliyinin digər dövlətlərin kompüter şəbəkələrinə necə daxil olması və özünü kiberhücumlardan necə müdafiə etməsinə dair informasiyalar var imiş.
Hadisə 2015-ci ildə baş verib, lakin bu barədə yalnız 2017-ci ilin baharında məlumat əldə edilib. Mənbələr bildiriblər ki, NSA-da müqavilə əsasında çalışan şəxs məxfi informasiya daşıyıcısı olan cihazını şəxsi kompüterinə qoşub. Kompüterdə "Kasperski Laboratoriyası"nın antivirusu quraşdırılıbmış. Nəticədə antivirus proqramının köməyi ilə rusiyalı hakerlər həmin faylları ələ keçiriblər.
Qeyd edək ki, "Kasperski Laboratoriyası" ünvanına yönəldilən ittihamı rədd edib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
