"Microsoft" şirkəti "Skype" xidmətinə "Cortana" səs köməkçisini inteqrasiya edib. Beləliklə, messencer artıq süni intellekt elementlərini dəstəkləyir.
ICTnews xəbər verir ki, "Cortana" səs köməkçisi "Skype" istifadəçilərinə öz vaxtlarını planlaşdırmağa və danışığı dəstəkləməyə kömək edir, həmçinin daxil olan mesajları təhlil edərək, cavab variantları təklif edir.
Bundan başqa, "Cortana" təqvimdə həmsöhbətlər tərəfindən nəzərdə tutulmuş görüş haqda xatırlatma yaratmağa kömək edəcək.
İstifadəçilər birbaşa "Skype" xidmətində internetdə səsli sorğular vasitəsilə axtarış edə bilərlər.
"iOS" və "Android" mobil sistemləri üçün "Cortana" səs köməkçisinə malik "Skype" proqramı "App Store" və "Google Play" mağazalarında pulsuz yükləmə üçün əlçatandır.
"Skype" proqramı daxilində bu xidmətin imkanlarından hələlik yalnız ABŞ sakinləri istifadə edə bilərlər.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











