Britaniyalı tədqiqatçılar ailə münasibətlərinə aid yeni araşdırmanın nəticələrini açıqlayıblar.
"Ölkə.Az" xəbər verir ki, ailə həyatında ciddi problemlər kişilərin infarkt riskini artırır. Qadınlara isə bu şamil olunmur.
Tədqiqat nəticəsində məlum olub ki, ailə həyatındakı problemlər qan təzyiqində, xolesterin miqdarı və kişilərin çəkisində kəskin artımla sıx əlaqəlidir.
Alimlər 16 il nikahda olan 620 ailə üzərində müşahidə aparıblar. Məlum olub ki, əgər ailə həyatı yaxşı və möhkəmdirsə, kişinin sağlamlığı da möhkəm olur.
Kişinin arvadı ilə stabil münasibətləri, yəni stabilliyin pis və yaxşı olmasından asılı olmayaraq, bu onun sağlamlığına təsir etmir. Əgər ailə həyatında kəskin pisləşmə varsa, bu kişinin sağlamlığına da təsir edir.
Bristol və Qlazqo universitetlərinin alimləri əldə edilən nəticələri tərtib ediblər. Məlum olub ki, qadının ürək-damar sisteminin sağlamlığı ilə ailə həyatı arasında heç bir əlaqə yoxdur. Bunu necə izah etmək olar? Alimlərin fikrinə görə, kişilər əsasən qadınlara güvənirlər. Qadınların isə ünsiyyət şəbəkələri var. Bu isə psixi təzyiqi azaldır.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











