Moderator.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Uppsala Universitetinin Qədim dövr tarixi və arxeologiya bölməsinin elmi işçisi Annika Larsson mətbuata verdiyi açıqlamada Birka bölgəsində ortaya çıxarılan Vikinq məzarlarında araşdırma aparılarkən üzərində "Allah" və "Əli" yazılan geyimlər tapdıqlarını bildirib.
Larsson deyib ki, bu, çox maraqlı bir tapıntıdır. Sözlər ərəb hərfləri ilə kufi yazı xəttində yazılıb. Vikinqlər ölüləri geyim formaları və qızıl-zinət əşyaları ilə dəfn edirdilər. Məzarlarda üzərində "Allah" və "Əli" sözləri yazılmış ipək paltarlar tapdıq. Bu tapıntı bizi xeyli həyəcanlandırdı. Bu sözlərin işləndiyi paltarlar ölünün baş tərəfinə qoyulub.
Vikinqlərin ölüm sonrası yaşam düşüncəsinə sahib olduğunu göstərən bir çox faktla rastlaşdıqlarını bildirən Larsson vurğulayıb ki, Vikinq Tanrısı Odenin Asiyadan köçüb İsveçin Malardalen bölgəsinə yerləşən bir döyüşçü olduğu deyilir. Vikinqlər ölümdən sonra da həyatın davam etdiyinə inanırdılar. Bu inanc İslamdan gəlmə idi.
Qeyd edək ki, məzarlardan tapılan həmin geyimlər ötən həftədən Enkopinq muzeyində sərgilənir. Sərgi 2018-ci ilin fevral ayına qədər davam edəcək.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











