3 yaşlı bu qız 20 metr hündürlüyündə divara, sadəcə, 4 dəqiqəyə dırmaşır.
Balaca Bella kanatdan, kəndirdən istifadə etmədən divarları "fəth etməyi" sevir.
Avstraliyanın Adlelaida şəhərində yaşayan Bellanın valideynlərinin ikisi də alpinist və qayayadırmaşanlardır.
Bellanın anası Endi Torrealba Meribanın dediyinə görə, qızı yeriməyə başlamazdan əvvəl divarlara dırmaşmağı öyrənib.
Bellanın atası Cankarlo isə alpinizm fanatıdır.
"Bellaya hamilə olanda da qayalara dırmaşırdım. Cankarlo övladımızın qayaları, dağları fəth edə biləcək insan olmasını istəyirdi. Deyəsən, belə də olacaq. Alpinizm eşqi qızımın qanında, DNT-dədir", - Endi söyləyib.
Endi Adealida şəhərindəki "Bouldering Club"da alpinizm və qayaya dırmaşma üzrə təlimatçıdır.
Cankarlonun sözlərinə görə, Bella 3 aylıq olanda divardakı çıxıntılardan tutub sallaşa bilirdi: "Onun altı ayı olanda isə bir əli ilə çıxıntıdan tutub sallaşır, sonra yuxarı qalxırdı".BiG.AZ
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
