Azərbaycanda 77 kişi zorakılığa məruz qalıb

Azərbaycanda 77 kişi zorakılığa məruz qalıb

"Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə" layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Məlumat bankına daxil olan məlumatlara əsasən deyə bilərik ki, boşandıqdan sonra da qadına qarşı zorakılıq hallarına rast gəlinir.

Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Günel Məhərrəmzadə deyib.

Komitə rəsmisi bildirib ki, məlumat bankında birinci sırada həyat yoldaşları tərəfindən edilən zorakılıq dayanırsa, statistikada ikinci yerdə keçmiş həyat yoldaşı tərəfindən törədilən faktlar öz əksini tapır.

"Məlumat Bankına daxil olan 530 məişət zorakılığı faktı təhlil olunub. Həmin insanların 85.5%-ni qadınlar, 14.5%-ni (77 kişi) isə kişilər təşkil edir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, zorakılıqla qarşılaşma halları zorakılığa məruz qalan və onun qurbanına çevrilən şəxslərin təhsili, məşğulluğu, nikah vəziyyəti ilə sıx əlaqəlidir".

G.Məhərrəmzadə vurğulayıb ki, təhlilin nəticələrinə əsasən az təhsilli, evdar qadınlar daha çox zorakılığa məruz qalırlar. "Məişət zorakılığına məruz qalan şəxslərin təhsil səviyyəsinin digər növləri belədir: natamam ümumi orta 1,7%, tam orta 89,8%, ilk peşə- ixtisas 0,7% orta ixtisas 1,5%. Ali təhsillilər isə 1,1% təşkil edir. Adətən zorakılıq hallarının kökündə qısqanclıq, inamsızlıq, psixoloji vəziyyət və digər amillər dayanır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ildə məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin sayı 1031 nəfər olub ki, onlardan 807-si qadınlardır. Bunlardan qəsdən adam öldürmə faktı 33, adam öldürməyə cəhd 18, özünü öldürmə həddinə çatdırma isə 3 fakt təşkil edir.

Boşananların yarıdan çoxu səbəb kimi ən çox xasiyyətlərin uyğunsuzluğunu göstərir. Lakin bu ümumi anlamdır. Dəqiq statistik rəqəm məlum olmasa da, bildirmək istərdim ki, burada zərərli vərdişlərə aludəçilik, narkomaniya, uşağınolmaması ilə yanaşı, məişət zorakılığı faktı da öz əksini tapır".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az