Pandemiya dövründə saxta hesabatlarla milyonlarla dollar əldə edilib
29 Oktyabr 16:40
Ucarda oğul anasını traktorla vuraraq ölümcül xəsarət yetirib.
Azerbaycanpolisi.az “Minval.az” a istinadla xəbər verir ki, yerli medianın məlumatına görə, hadisə Alpı kəndində baş verib.
1989-cu il təvəllüdlü Ucar rayon sakini Gündüz Yaqub oğlu Fəxratov "Belarus" markalı traktoru geriyə verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub. Anası ağır xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azerbaycanpolisi.az