Rusiyada bir qrup azərbaycanlıya ağır cəza verildi - 86 İL HƏBS

Rusiyada bir qrup azərbaycanlıya ağır cəza verildi - 86 İL HƏBS

Moskva vilayət məhkəməsində beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərə qarşı quldurluq hərəkəti edən azərbaycanlılara hökm oxunub. Seymur Zeynalovun başçılıq elədiyi 6 nəfərlik dəstə Moskva vilayətində yük avtomobili sürücülərinə basqın edərək onların pullarını, bəzi hallarda isə yüklərini əllərindən alıblar.

Məhkəmə istintaqı sübut edib ki, dəstə üzvləri quldurluq yoluyla bir milyon dollara yaxın vəsait əldə edib.

Moskva vilayət məhkəməsi Seymur Zeynalovun 16, digər dəstə üzvləri Hüseyn Hüseynovun 15, Fuad İsgəndərov, Namiq Abbasov, Qafar Əliyevin 14, Şamo Salmanovun isə 13 il müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Lent.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az