Tanınmış jurnalist Dmitri Kiselyovun villasının yanında yanğın törədilib.
Mediainfo.az xəbər verir ki, yanğın nəticəsində Kiselyovun “Lənd Rover” və qolfkarı (qolf maşını) yanıb.
Bildirilib ki, maşınlar jurnalistin şərab zavodunun balansında olub.
Koktebelin Ayvazovski küçəsində baş verən yanğın hadisəsi müşahidə kameralarına düşüb. Videodan aydın olur ki, yanğın qəsdən törədilib: hücum edən üzünü bağlayıb, başına kapşon keçirib, əl izi düşməməsi üçün əlcək geyinib.
Təhqiqatçıların fikrincə, hədəf olaraq məhz Kiselyovun villası seçilib.
Qolfkar və “Lənd Rover” tam yanıb, kül olub.
Qeyd edək ki, Kiselyovun şərab zavodu da Koktebeldə, villasının yaxınlığında yerləşir.
Kiselyov Ukraynada Rusiyanın hərbi əməliyyatının əsas təbliğatçılarından biridir.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































