“Bu gün demək olar ki, bütün Xarkov vilayəti işğaldan azad edilib”.
Mediainfo.az xəbər verir ki. , bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da məlumat verib.
"Bu, əsgərlərimizin görünməmiş qəhrəmanlığıdır. Ukraynalılar yenə də çoxlarının qeyri-mümkün hesab etdiyi işi bacardılar", - o qeyd edir.
Eyni zamanda prezident xatırladıb ki, Rusiya ordusu Xarkov vilayətində 5 aydan artıq idi ki, yerləşmişdi.
"Və bu müddət ərzində işğalçılar sadəcə dağıtdılar, talan edib apardılar. Onlar xarabalığa çevrilmiş kəndlər qoydular, bəzilərində isə bircə dənə də olsun sağ qalmış ev yoxdur. Rusiya soyqırımından başqa heç nə gətirə bilməz.”, - deyə Zelenski vurğulayıb.
O, dağıdılmış yaşayış binalarının fotoşəkillərini, qətlə yetirilən ukraynalıların məzarlarını göstərib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































