Qırğızıstan-Tacikistan sərhədində yenidən silahlı toqquşmalar olub. Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Mediainfo.az xəbər verir ki, məlumatda Tacikistan tərəfinin ağır hərbi texnikadan istifadə etdiyi bildirilir.
“Tacikistan tərəfi tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və minaatanlardan istifadə edir”, - Qırğızıstan Sərhəd Xidmətinin məlumatında qeyd olunur.
Yayılan son xəbərlərə görə, Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində dörd qırğız sərhədçisi yaralanıb.
Artıq Qırğızıstanın Tacikistanla həmsərhəd kəndlərində yaşayan sakinlərinin təxliyəsinə başlanılıb.
Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində gərginlik sentyabrın 14-dən başlayıb.
Sosial şəbəkələrdə isə aparılan döyüş əməliyyatlarından müxtəlif videogörüntülər yayılıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































