Azərbaycan hansı ərazilərə nəzarəti bərpa edib? - Erməni nəşri açıqladı (SİYAHI)

Azərbaycan hansı ərazilərə nəzarəti bərpa edib? - Erməni nəşri açıqladı (SİYAHI)

Ermənistanın "Hayaliq" nəşri açıq mənbələrin monitorinqinə istinadən yazır ki, Azərbaycan Ordusu 12 sentyabrdan sonra qeyd olunan istiqamətlər üzrə nəzarəti bərpa edib.

Mediainfo.az Azpolitika.info-ya istinadən xəbər verir ki, həmin ərazilər aşağıdakılardır:

1. Geqarkunik (Göyçə mahalı) bölgəsində 25 kv.km;

2. Axpradzor (Yuxarı Zağalı) istiqamətində 4,5 km irəliləyərək Xorapor dağına (2906 metr) çatıb;

3. Verin Şorja (Yuxarı Şorca) istiqamətində 8 km. irəliləyərək, Çermakakar (2747 metr), Uxtasar (2851 metr) və 2484 metr adsız yüksəkliklərə nəzarəti bərpa edib;

4. Norabak (Əzizli) istiqamətində 7 km irəliləyərək 2338,6 metr hündürlüyü olan adsız yüksəkliyə nəzarəti bərpa edib.

Nəşr iddia edir ki, son 2 ildə Azərbaycan Ordusu Ermənistan ərazisinin ümumilikdə 150 km²-ə yaxınını, yəni 15 min hektarlıq ərazini ələ keçirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.06.26

2026.06.25

2026.06.24

2026.06.23

2026.06.22

2026.06.21

2026.06.20

2026.06.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az