ABŞ-da Demokrat Partiyasından olan senator və Xarici Əlaqələr Komitəsinin üzvü Kris van Hollen Yunanıstan və terror təşkilatı YPG/PKK-nın Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı və ya modernizasiya proqramı ilə bağlı şərtlərini tələb edib.
Mediainfo.az-ın məlumatına görə, Yunanıstanın “Kathimerini” qəzetinə danışan Hollen bildirib ki, “F-16"ların Türkiyəyə satışı və ya modernləşdirilməsi üçün şərtlər qoyulmalıdır.
Onun sözlərinə görə, bu təyyarələrin Yunanıstan kimi NATO üzvlərinin hava məkanını pozmaq üçün istifadə olunmaması şərti vacibdir: “Bundan başqa, bu təyyarələrdən İŞİD-lə mübarizədə çox mühüm rol oynayan Suriyadakı kürd müttəfiqlərimizə (terror təşkilatı PKK/YPG) qarşı hücumlar üçün istifadə edilməsi də qadağan edilməlidir”.
“Türkiyənin F-35 proqramından çıxarılmasına öncülük edən ABŞ Konqresi F-16 məsələsində fəal iştirak edəcək” ifadəsini işlədən Hollen Türkiyənin NATO-da “uyğunsuz”, Yunanıstanın isə mühüm strateji tərəfdaş olduğunu iddia edib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































