Neçə vaxtdır bəzi erməni siyasətçilər belə bir rəy yaradırdı ki, Paşinyan sülh istəyir, sərhəddəki təxribatların arxasında Paşinyanı istəməyən hərbi generalitet dayanır.
Doğrudanmı, ötən gecə sərhəddə Paşinyanın iradəsinə zidd olaraq təxribat baş verib?
Politoloq Zərdüşt Əlizadə mövzuya münasibət bildirib.
Mediainfo.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında deyib ki, yaranmış mənzərəni müşahidə etdikdə Ermənistanın üçtərəfli bəyanatın öhdəliklərindən boyun qaçırdığını görürük:
“Azərbaycanın tələbi yerinə yetirilmədiyinə görə cəbhə xəttində daimi atəşkəsə nail olmaq mümkün olmur. Tələbimiz sülhün və ərazi bütövlüyümüzün təmin olunmasıdır. Bizim Ermənistanla bağlı iddiamız yoxdur. Razı olarlarsa, adam balası kimi iki ölkə olaraq normal yaşayarıq. Paşinyan bəlkə də sülhə razıdır. Lakin Rusiya buna imkan vermir. Yaranmış situasiyada isə Paşinyan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Nəticə olaraq isə sərhəddə gərginlik artır, münaqişə uzanır. Paşinyan dünya dövlətləri prezidentlərinə zəng etmək əvəzinə öhdəlikləri yerinə yetirsə münaqişə sona çatar”.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































