Ermənistanın hərbi dəstək üçün KTMT və Rusiyaya müraciət etməsi hüquqi baxımdan qanunaziddir.
Mediainfo.az-ın məlumatına görə, bunu rusiyalı siyasi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotşenko sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, söhbət lokal sərhədyanı insidentdən gedir, eyni zamanda Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası olmayıb.
Korotçenko deyib ki, silahlı insidentin mənbəyi erməni tərəfi və onun silahlı təxribatlarıdır:
"Azərbaycanın addımları cavab və məcburi xarakter daşıyır, başqa sözlə "özünümüdafiə" kateqoriyasına daxil olur. Azərbaycan azad edilmiş ərazilərin dinc bərpası və inkişafı üzrə irimiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il əvvəlki vəziyyətdədir".
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































