"Putin qarşıdakı soyuqlarla əlaqədar olaraq xaos törətməklə ukraynalıların mənəvi ruhunu sındırmağa cəhd edir..."
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qismən Vladimir Putinin seçdiyi mülki obyektərinə zərbələrindən sonra Ağ evin nümayəndələri Risiya ilə qeyri-formal təmasları kəsib.
Mediainfo.az xəbər verir ki, bu barədə Rusiyanın qalmaqallı "General SVR" Telegram-kanalı məlumat verib.
Məlumatda deyilir ki, bazar günü Rusiya dövlətinin rəhbərinə mərüzə edilib ki, Ukrayna cavab olaraq Krımdakı infrastruktura, o cümlədən Krım körpüsünə zərbələr endirə bilər.
Kanal iddia edir ki, Vladimir Putin qarşıdakı soyuqlarla əlaqədar olaraq ukraynalıların mənəvi ruhunu sındırmaq üçün xaos törətmək məqsədilə kritik infrastruktur obyektlərinə raket zərbələri endirmək taktikasına qayıtmaq qərarı verib.
Post müəllifi yazır ki, sentyabrın 9-da Təhlükəsizlik Şurasının daimi üzvlərilə keçirdiyi müşavirənin gedişində Putini belə hərəkətlərdən çəkinməyə inandırmaq istəyiblər və diqqəti müharibənin ilk mərhələsi ilə müqayisədə vəziyyətin keyfiyyətcə dəyişməsinə yönəldiblər.
Bu dəillər inandırıcı olsa da, artıq bir gündən sonra Ukrayna ordusunun uğurları barədə məlumatlardan sonra Putin Ukraynanın kritik infrastrukturuna hücum barədə əmr edib.
Qeyd edək ki, "General SVR" Telegram-kanalı birmənalı qarşılanmır.
Onun dərc etdiyi məlumatlar ekspertlər birliyində ziddiytətli reaksiyalar doğurur
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































