“Putin oktyabr ayında Ukraynadakı müharibənin növbəti mərhələsini başlatmağa hazırlaşır”.
Mediainfoaz xəbər verir ki, bunu Rusiya hakimiyyəti daxilində baş verənlərlə bağlı ən məlumatlı jurnalistlərdən biri sayılan, "Bellingcat" layihəsinin rəhbəri, araşdırmaçı Xristo Qrozev öz “Tvitter” səhifəsində bildirib.
Qrozev yazıb ki, Putin özünə yaxın oliqarxlara “Vaqner” kimi özəl hərbi şirkətlər yaratmağı və oraya mümkün qədər çoxlu sayda adam cəlb etməyi tapşırıb: “O, deyib ki, bütün uğursuzluqların səbəbi ordudakı korrupsiya və səriştəsizlikdir (muzdlu döyüşçüləri “əməkhaqqı” məsələsində aldadıblar). Ancaq o, yenə də optimist formada bildirir ki, hər bir dövlət korporasiyasına, oliqarxa oktyabr ayındakı yeni mərhələ üçün özəl hərbi şirkət yaratmaq tapşırılıb”.
Xatırladaq ki, Xarkov istiqamətində başladılan əks-hücum əməliyyatları sayəsində Ukrayna Ordusu 2.5 min kvadrat kilometrdən artıq ərazini işğaldan azad edib. Rusiya isə bu istiqamətdə şəxsi heyət və təminat sahəsində böyük çətinliklər çəkir. Bu səbəbdən biabırçılıqla ard-arda iri şəhərləri qoyub qaçan rus ordusu Donetskə sığınmağa başlayıb.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































