Rusiya-Ukrayna müharibəsində ikincinin xeyrinə dönüş baş verib. Ukrayna ordusunun cəbhədə nəzərəçarpan üstünlük qazanması Moskvanı çıxılmaz vəziyyətdə qoyub. Rusiyanın işğal etdiyi ərazilərin böyük bir hissəsindən geri çəkilməsi bölgədə yeni situasiya yaradıb. Hətta çətin günlər yaşayan Rusiyanın Qarabağdakı sülhməramlıları geri çağıraraq Ukraynaya göndərəcəyinə dair xəbərlər də yayılıb.
Bu xəbərlərin əsası varmı? Qarabağdakı rus sülhməramlılarının bölgəni vaxtından əvvəl tərk etməsi mümkündürmü?
Mediainfo.az xəbər verir ki, hərbi ekspert Elçin Şıxəliyev mövzuya münasibət bildirib. O, Yenisabah.az-a açıqlamasında deyib ki, bu, sıravi insanların arzusudur:
“Sülhməramlılar Azərbaycandan çıxarılmayacaq. Ola bilsin ki, müəyyən qismi Rusiyaya geri qayıtsın. Lakin Qarabağdakı mövcudluqlarını itirməyəcəklər. Sülhməramlıların Qarabağdan çıxarılması ehtimalı Rusiyanın məğlub olmasına bağlıdır. Əgər Rusiya-Ukrayna müharibəsində məğlub tərəf Rusiya olarsa, sülhməramlıların Qarabağdan tamamilə çıxması mümkün ola bilər”.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































