“SİZ, UDUZMUSUNUZ!” – “General iclasda Putinin üzünə deyib”

“SİZ, UDUZMUSUNUZ!” – “General iclasda Putinin üzünə deyib”

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin videoəlaqə rejimində güc və hərbi blokun rəhbərliyi ilə hərbi iclas keçirib. Bu iclasda işğalçı ölkənin Baş Qərargahının generallarından biri Putinə bəyan edib ki, o, Ukraynaya qarşı müharibədə məğlub olub.

Mediainfo.az xəbər verir ki, bu barədə RF Xarici Kəşfiyyat Xidmətinin (XKX) istefada olan generalı adından çıxış edən «XKX Generalı» Teleqram-kanalı yazır. Kanalda guya Putin və ətrafı barədə insayder informasiyası dərc edirlər. Qeyd olunur ki, güc strukturları ilə iclasın keçirilməsinə səbəb Kreml başçısının XKX xətti ilə çıxışı olub.

Çıxışda deyilir ki, ABŞ hərbi-siyasi rəhbərliyi tərəfindən guya RF-nın Ukraynada hərbi məğlubiyyəti barədə dəqiq qərar qəbul olunub. İclasda RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, FTX direktoru Aleksandr Bortnikov, Müdafiə Nazirliyinin və RF Baş Qərargahının nümayəndələri, Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin və digər güc strukturu nümayəndələri iştirak ediblər.

İclasın əvvəlində Putin çıxışını oxuyub və həmsöhbətlərinə perspektiv barədə (ifadə olunmuş informasiya çərçivəsində və nəzərə almaqla ki, o, gerçəyi əks etdirir) öz fikirlərini söyləməyi təklif edib.

Putin əvvəlcə sözü Patruşevə verib, amma o, təklif edib ki, Baş Qərargah nümayəndəsi cəbhədəki vəziyyət barədə öz fikrini bildirsin. Putin sözü Baş Qərargah rəhbərliyinin nümayəndəsinə verərkən, nümayəndə bir neçə kəlimə ilə əmin olduğunu bildirib ki, çıxış üzrə informasiya ABŞ-ın planlarına uyğun gəlir. O deyib ki, RF ordusunun daha hücum üçün imkanları yoxdur, tezliklə isə həm də müdafiə üçün imkanlar olmayacaq. General öz nitqini belə tamamlayıb: "Siz, uduzmusunuz, Vladimir Vladimiroviç".

Qeyd olunur ki, iclas iştirakçıları «gerçəkdən generalın sərtliyindən sarsılıblar» və uzun pauzadan sonra, Patruşev deyib: «Siz, Ali Baş Komandanla necə danışırsınız?»

General ondan da sərt cavab verib: "Efirdən ayırmaq üçün tələsdiniz".AzPolitika.info

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az