"Bütün dövlətlərin öz agentləri və satqınları var..."
"ABŞ agentləri arasında müxalifət və nüfuzlu qeyri-hökumət təşkilatlarının liderləri var..."
Hakim partiyadan gedən deputatlar Gürcüstanda "Amerika agenturası"ndan danışıb
Amerika səfirliyi Gürcüstanda hakimiyyət dəyişikliyi üzərində işləyir, onun "agenləri" arasında müxalifət və nüfuzlu qeyri-hökumət təşkilatlarının liderləri var.
Mediainfo.az xəbər verir ki, bu barədə "Novosti-Qruziya" (Gürcüstan xəbərləri") portalı məlumat yayıb.
Məqalə müəllifi iddia edir ki, təkcə Mixail Saakaşvili deyil, onu əvəzləyən Georgi Marqvelaşvili də ABŞ-a işləyib.
Hakim "Gürcüstan arzusu" partiyasını tərk edən parlament deputatları növbəti dəfə ABŞ-ın ünvanına ittihamlarla çıxış edib.
Amerika səfirliyi özünün "agenturası"-müxalifət və nüfuzlu yerli qeyri-hökumət təşkilatlarının köməyilə Gürcüstanda hakimiyyət dəyişikliyi üzərində işləyir", - bunu Sozar Subari, Dmitri Xundadze, Mixail Kavelaşvili və Quram Maçaraşvili iddia edib.
Parlamentin saytında deputatların dərc edilən məktubunda deyilir ki, ABŞ Gürcüstanda öz agentura şəbəkəsini 90-cı illərin sonunda yaratmağa başlayıb, sonra "qızılgül inqilabı" təşkil edib və "2004-2012-ci illərdə səfirliyin tam nəzarəti altında olan" şaquli hakimiyyət formalaşdırmağa müvəffəq olub.
"Bu gün bu insanların böyük bir hissəsi "Milli hərəkat"da və digər radikal müxalifət partiyalarında paylaşıb. Onların bəziləri nisbətən aşağı səviyyəli agent olmalıykən, biz görürk ki, onlar var gücü ilə yüksəlmək istəyir", - müraciətdə deyilir.
Deputatlar əlavə edib ki, "Amerika agentliyi" Rusiyanın xüsusi xidmət orqanları qədər Gürcüstanın suverenliyinə təhlükə törədir. Buradaca bu mövqeni izah edir: "Agent başqa dövlətin xidmətində özünün siyasi oriyentasiyasına görə deyil, prinsipsizliyi və vətənpərvərliyin olmaması səbəbindən olur".
Müəlliflər bu qərara gəlib ki, Amerikanın Gürcüstandakı agenturası təşəbbüskar, amma faydasızdır.
"Bu gün səfirlik öz agenturasını qütbləşmə, xalqın iradəsinə zidd olaraq hakimiyyət dəyişkliyi və ikinci cəbhə açmaq cəhdi üçün istifadə edir və bu, xüsusilə həyəcan doğurur. Heç kim bizi inandıra bilməz ki, bu işdə agentlər kor-koranə olaraq səfirliyin arxasınca gedir və ölkəyə qəsdən ziyan vurmur. Bu fakt agentlərin gərəksizliyini xüsusilə nümayiş etdirir", - müraciətdə deyilir.
Gürcüstanda Amerika agenturası mövzusunu hökumətyönümlü KİV-lər də inkişaf etdirib. Bir neçə nəşrlərdə "agentlərin" konkret adları olan materiallar dərc edilib.
Müəlliflər iddia edib ki, Gürcüstanın iki prezidenti Mixail Marqvelaşvili və onun sələfi Mixail Saakaşvili, həmçinin müxalifətə keçən müxtəlif illərdə güc strukturlarına rəhbərlik edən Georgi Qaxariya, İrakli Alasaniya və Vano Merabişvili və bu gün "Gürcü arzusu" hökumətini açıq tənqid edən bir çox başqa siyasətçiləri ABŞ hökumətinə işləyib.
Yeri gəlmişkən, bu günlərdə Amerika agenturası barədə məqaləni Gürcüstanın baş naziri İrakli Qaribaşvili şərh edib. O, onun məzmununu təkzib etməyə cəhd göstərməyib, yalnız deyib ki, bu, "çox incə məsələdir", "çox da dərin getməyə dəyməz". Ümumilikdə, Qaribaşvilinin qeyd etdiyi kimi, "bütün dövlətlərin, o cümlədən böyük dövlətlərin öz agentləri və satqınları var".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































