Futbol üzrə Dünyü Çempionatı çərçivəsində növbəti oyunlar keçirilib.
K qrupunda Portuqaliya üçüncü turda ABŞ-ın Mayami şəhərindəki Hard Rock Stadionunda Kolumbiya ilə qarşılaşıb. Oyunda qapılara top vurulmayıb. Bununla da Kolumbiya qrupda 7 xalla biirnci,Portuqaliya 5 xalla ikinci, Konqo Demokratik Respublikası 4 xalla üçüncü yeri tutub.
Kolumbiya 1/32 finalda Qana, Portuqaliya isə Xorvatiya ilə qarşılaşacaq.
K qrupunda Özbəkistan millisi üçüncü turda ABŞ-ın Atlanta şəhərində, Mercedes-Benz Stadionunda Konqo Demokratik Respublikası ilə qarşılaşıb. Oyunun 10-cu dəqiqəsində Eldor Şomurodov hesabı açıb.Afrikalılar ikinci hissənin ortalarında Yohann Vissanın dəqiq penalti zərbəsi sayəsində hesabı bərabərləşdirdilər. 78-ci dəqiqədə Fiston Mayele Konqo Demokratik Respublikasını hesabda irəli çıxarıb. O oyunun sonlarında daha bir qol vuraraq komandasına 3-1 hesabı ilə qələbə qazandırıb.
Konqo Demokratik Respublikası 4 xal qazanaraq qrupda üçüncü yeri tutaraq pley-off mərhələsinə yüksəlib.
L qrupunda Filadelfiyada keçirilən oyunda Xorvatiya və Qana üz-üzə gəldilər. Oyunda hesabı 31-ci dəqiqədə xorvatların oyunçusu Petar Suçiç açıb. Qanalı Derek Lukassen 73-cü dəqiqədə hesabı bərabərləşdirdi. Bundan on dəqiqə sonra Nikola Vlaşiç ikinci topu rəqib komandasının qapısından keçirərək komandasına 2-1 hesabı ilə qələbə qazandırıb.
Xorvatiya L qrupunda altı xalla ikinci yeri tutaraq 1/32 finala yüksəlib. Qana isə dörd xalla üçüncü yeri tutdu.
Qana 1/32 finalda Kolumbiya, Xorvatiya isə Portuqaliya ilə qarşılaşacaq.
L qrupunda Futbol üzrə Dünya Çempionatının üçüncü turunda ABŞ-ın Şərqi Rezerford şəhərində, MetLife Stadionunda Panama və İngiltərə üz-üzə gəldi. Oyunun 62-ci dəqiqəsində ingiltərəli Jude Bellingham hesabı açıb. Beş dəqiqə sonra Harri Keyn ikinci topu panma millisinin qapısından keçirərək komandasına 2-0 hesabı ilə qələbə qazandırıb. İngiltərə 2-0 hesabı ilə qalib gəldi.
İngiltərə L qrupunda yeddi xalla birinci yeri tutaraq pley-offa yüksəlib.
J qrupunda İordaniya – Argentina ilə qarşılaşıb. Oyunda hesab 19-cu dəqiqədə açılıb. Argentina millisinin oyunçusu Lo Çelso dəqiq zərbə ilə rəqib torunu silkələyərək komandasını hesabda irəli çıxarıb. Oyunun 31-ci dəqiqəsində İordaniyanın qapısına təyin edilən penaltini dəqiq yerinə yetirən Lauturo Martines ikinci topu iordaniyalıların qapısından keçirib.
İkinci hissənin 55-ci dəqiqəsində iordaniyalı Əl Tamarı əla zərbə ilə rəqib torunu silkələyərək hesab arasındakı fərqi azaldıb. Oyunun 80-ci dəqiqəsində Messi üçüncü topu rəqib qapısından keçirərək hesab arasındakı fərqi yenidən iki topa çatdırıb. Oyun bu hesabla da başa çatıb.
Bu qrupda Əlcəzair – Avstriya ilə görüşüb. Oyunda hesabı 28-ci dəqiqədə avstriyalı Арнаутович açıb. Birinci hissənin sonunda 45-ci dəqiqədə əlcəzairli Belqali hesabı bərabərləşdirib. Birinci hissə bu hesabla da başa çatıb. İkinci hissənin 55-ci dəqiqəsində Zabitser ikinci topu rəqib qapısından keçirərək Avstriyanı hesabda irəli çıxarıb. Oyunun 60-cı dəqiqəsində isə əlcəzairli Marez yenidən hesabı bərabərləşdirib: 2-2
Marez oyunun 93-cü dəqiqəsində üçüncü topu rəqib komandasının qapısından keçirərək komandasını hesabda irəli çıxarıb. Bununla belə oyuna əlavə edilmiş vaxtın 6-ci dəqiqəsində avstriyalı Kalaycik hesabı bərabərləşdirib: 3-3. Oyun bu hesabla da başa çatıb.
Əziz MUSTAFA
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























