"Rusiya Qvardiyasının bölmələri həm işğalçılıq funksiyalarını icra edir, həm də ön cəbhədə döyüş əməliyyatlarında iştirak edir..."
"Zaporoje AES-də MAQATE-nin missiyasını istisnasız olaraq Rusiya nümayəndələri müşayiət edib..."
"MAQATE stansiyanın demilitarizasiyası və onun ətrafında mühafizə zonasının yaradılmasını zəruri hesab edir..."
Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Zaporojye atom elektrik stansiyasında ("Zaporojye AES) vəziyyətlə bağlı 6 sentyabr tarixli məruzəsini təkzib etməyə cəhd edib, lakin bununla özü-özünə etiraz etməli olub.
Oxuməni.az xəbər verir ki, bu barədə Amerikanın müharibəni öyrənən İnstitutunun (ISW) yeni hesabatında deyilir.
ISW analitikləri Putinin Zaporojye AES ərazisində "Rusiya Qvardiyası hissələrindən başqa" Rusiyanın hərbi texnikasının olmaması barədə bəyanatına diqqət yetirib.
Hərçənd, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı məhz Rusiya Qvardiyasının bölmələri həm işğalçı funksiyalarını icra edir, həm də ön cəbhədə döyüş əməliyyatlarında iştirak edir, ekspertlər qeyd edib.
"Zaporojye AES ərazisində Rusiya Qvardiyası hissələrinin mövcud olmasının Putin tərəfindən etiraf edilməsi onu təsdiq edir ki, Rusiya qüvvələri, Rusiyanın daima etirazlarına rəğmən, özünün Zaporojye AES-də iştirakını militarizasiya edib", - ISW-in hesabatında deyilir.
Kreml rəhbəri həmçinin MAQATE-ni Ukraynanı AES-i atəşə tutmaqda suçlamamaq üçün Qərbin təsiri altında fəaliyyət göstərməsində ittiham edib.
Lakin xatırladaq ki, MAQATE-nin Zaporojye AES-dəki missiyasını istisnasız olaraq Rusiya nümayəndələri müşayiət edib. Və məhz Rusiya BMT Təhlükəsizlik Şurasında Zaporojye AES ətrafında demilitarizasiya zonası yaradılması təklifini rədd edib.
Bu ərəfədə MAQATE Rusiya hərbçiləri tərəfindən işğal edilən Zaporojye atom elektrik stansiyasında vəziyyət haqqında hesabat dərc edib.
Agentlik Zaporojye AES-in fiziki tamlığının pozulması və bunun "nüvə insidenti" riski yaradacağı təhlükəsi səbəbindən atəşə tutulmasını dərhal dayandırmağa çağırış edib.
Bundan başqa, MAQATE stansiyanın demilitarizasiyası və onun ətrafında mühafizə zonası yaradılmasını zəruri hesab edir.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































