Uzunömürlü "göstəbək" 15 il ərzində Ukrayna hökumətində Rusiyanın FTX-yə işləyib...

Uzunömürlü "göstəbək" 15 il ərzində Ukrayna hökumətində Rusiyanın FTX-yə işləyib...

Ukrayna hökuməti rusiyalı agentlərlə doludur...

"Ukrayna Nazirlər Kabinetinin məsul işçisi məxfi sənədlərin surətini Rusiya FTX-a ötürüb..."

Ukraynada Vasili Mehedə hökm çıxarılıb, o, "dövlətə xəyanət" maddəsilə 12 il azadlıqdan məhrum edilib.

Uzunömürlü "göstəbək" 15 il ərzində Rusiyanın xüsusi xidmət orqanlarına işləyib.

Mediainfo.az xəbər verir ki, bu barədə BBC-nin Ukrayna xidməti məlumat yayıb.

Materialda deyilir ki, Ukrayna hökuməti rusiyalı agentlərlə doludur.

Mehed 20 ildən artıq müddətdə Nazirlər Kabinetinin katibliyində işləyib.

Aprelin 19-da Kiyevdə həbs edilib. Mehedin saxlanıldığından öncə sonuncu vəzifəsi baş nazirin vəzifələrinin icrasının müxbir və monitorinq təhlili şöbəsinin baş referenti olub.

Onun 2001-2010-cu illərdə dövlət sirri sayılan məlumatlara çıxışı olub.

2006-cı ildə Nazirlər Kabineti katibliyindən Mehedin həmkarı "məxfi" qrifli sənədlərin surətini çıxarıb 800-3000 dollar mükafat müqabilində ona verməyi təklif edib.

Bir ildən sonra Mehed və həmkarı Moskvaya gəlib, Rusiya FTX tərəfindən onlara Rusiyanın xüsusi xidmət orqanlarına işləmək təklif edilib.

Növbəti üç il ərzində Vasili Mehed hökumət sənədlərinin surətini çıxarıb və onları kuratoruna ötürüb.

Casusluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə o, fotoqrafiya və şəkillərin yaddaş kartları üçün xüsusi qurğu alıb.

Məqalədə deyilir ki, FTX Mehedi konfidensial əlaqə üçün xüsusi proqramları olan telefonla təmin edib.

Məqalədə iddia edilir ki, Rusiyanın hərbi müdaxiləsi ərəfəsində Mehed Rusiya FTX-nə işləməyi dayandırıb.

Mehed günahını etiraf edib, məhkəmə bunu nəzərə alaraq, onu bu cinayət üzrə ən minimal cəza-12 il azadlıqdan məhrum edib.

Məqalədə qeyd edilir ki, mart ayında Rusiyanın xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinən Ukraynanın iki yüksək vəzifəli şəxsi saxlanılıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az