Ermənistan parlamentinin üzvü, Nikol Paşinyanın partiyasından millət vəkili olan Arsen Torosyan maraqlı və sensasiyalı bəyanatla çıxış edib.
Mediainfo.az xəbər verir ki, Torosyanın bu bəyanatı Ermənistan cəmiyyətyindəki qatı millətçi kəsim və revanşist siyasi qüvvələr tərəfindən böyük etirazla qarşılanıb. Torosyan deyib ki, Azərbaycana qarşı düşmənçilik erməni cəmiyyəti üçün tələdir və “artsax”ın müstəqilliyinin nə zamansa tanınması mümkünsüzdür: “2020-ci ildən sonra yaranan status-kvo özündə təhlükələr gizlədir. Biz münaqişəni bitirmək, yoxsa sonsuza qədər öldürülmək təhlükəsi altında yaşamaq istəyirik? Bunun üçün düşmənçiliyi dərinləşdirmək yox, 30 il ərzində bu münaqişə nəticəsində erməni və Azərbaycan xalqlarına vurulan yaraları sağaltmaq lazımdır. Azərbaycan 1994-cü ildə yaralanıb - 25 min qurban verməklə və 600 min nəfərin qaçqın düşməsi ilə. Bəlkə, yalnız bizik qurbanlar verən? Azərbaycanlılarla uzunmüddətli düşmənçiliyin qızışdırılması bizim üçün tələdir. Biz düşmənçiliyi qızışdırmalı deyilik. Dövlət ötən illərdə “artsax”ın müstəqilliyinə nail ola bilməməklə uğursuzluğa düçar oldu. Bu ideya özünü aldatmaq idi. “Artsax”ın müstəqilliyinin tanınması şansı yoxdur və heç zaman da olmayıb...”
Göründüyü kimi, zaman-zaman erməni cəmiyyətində vəziyyəti nisbətən adekvat dəyərləndirən şəxslər üzə çıxır. Bir şey dəqiqdir ki, ermənilərin arasında belələri nə qədər çox olsa, onların xalq kimi normal gələcəklərinə ümid də bir o qədər çox olar.AzPolitika.info
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































