General elan etdi - Daha bir ölkə Rusiya ilə müharibə hazırlığına başladı

General elan etdi - Daha bir ölkə Rusiya ilə müharibə hazırlığına başladı

Polşa müdafiə nazirinin müavini general Marçin Oçepa yaxın 10 ildə Rusiya ilə müharibə riskinin çox yüksək olduğunu və buna hazırlıq üçün orduda islahatlara başladıqlarını açıqlayıb.

Mediainfo.az xəbər verir ki, o, qarşıdakı dövrdə Polşa ordusunun silahlandırılmasına diqqət yetiriləcəyini söyləyib.

“Qarşıdakı 3-10 il müddətində Rusiya ilə ciddi müharibə riski var. Polşa ordusunu maksimum səviyyədə yenidən silahlandırmaq üçün bu müddətdən yaxşı istifadə etməliyik”, - Polşa rəsmisi bildirib.

Polşa Müdafiə Nazirliyinin tarixinin ən iddialı silahlanma proqramını həyata keçirdiyini deyən Oçepa tanklar, özüyeriyən haubitsalar, çoxfunksiyalı reaktiv yaylım atəşi sistemləri və dron almaq istədiklərini vurğulayıb.

Oçepa qarşıdakı 10 il ərzində Polşa ordusundakı canlı qüvvə sayının 300 minə çatdırılacağını da bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az