KİYEV “SAĞI GÖSTƏRİB SOLDAN VURDU”... - Ukrayna Ordusu yeni taktika ilə hücuma keçib

KİYEV “SAĞI GÖSTƏRİB SOLDAN VURDU”... - Ukrayna Ordusu yeni taktika ilə hücuma keçib

Ukrayna Ordusu Xarkov vilayəti istiqamətində uğurlu əks-hücum əməliyyatı həyata keçirir.

Mediainfo.az xəbər verir ki, Ukrayna mətbuatında və sosial şəbəkələrdə ordunun İzyum şəhərinin şimal-qərb istiqamətində cəbhə xəttini yararaq, irəlilədiyinə dair məlumatlar yayılıb. Ukrayna rəsmiləri bu xəbərləri dolayısı ilə təsdiqləsə də, hələ ki, azad olunan yaşayış məntəqələrinin adlarını çəkməyib. Ancaq söhbətin Balakleya şəhəri və ətraf yaşayış məntəqələrindən getdiyi bildirilir. Bunu dünən gecə qatıldığı canlı efirdə Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç də təsdiqləyib. Lakin qeyd edib ki, bu barədə ətraflı məlumat vermək səlahiyyəti yoxdur.

Bu məlumatları Donbasdakı separatçıların liderlərindən olmuş məşhur terrorçu İqor Strelkov (Qirkin) da öz mənbələrinə istinadla təsdiqləyib: “Dünən axşama olan məlumata görə, düşmən Voloxov Yar və Verbovka yaşayış məntəqələrini ələ keçirərək, Balakleya qornizonunu operativ mühasirəyə alıb”.

Qirkin öz “telegram” kanalında yazıb ki, sözügedən istiqamətdə birinci müdafiə xəttində duran “ldnr” döyüşçüləri və ikinci xətdəki “Rosqvardiya” üzvləri geri çəkiliblər.

Onun dediyinə görə, “Rosqvardiya” döyüşçüləri malik olduqları silahlarla davrana bilmədikləri üçün məğlub olublar. Hətta iki “Rosqvardiya” bölməsi həmin ərazidə hazırda mühasirədədir.

O, həmçinin Rusiya aviasiyasının “qorxaq davrandığını” bildirib və cəbhəyə lazımi dəstək vermədiyini qeyd edib. Nəhayət, Qirkin Ukrayna Ordusunun yeni taktikadan istifadə etdiyini də bildirib. Belə ki, Ukrayna tankları və zirehli maşınları düşmənin müdafiə xəttinə doğru böyük sürətlə irəliləyərək, ağır texnikanı birbaşa müdafə mövqelərinin üzərinə çıxarıblar. Bu səbəbdən Rusiya artilleriyası onları durdurmaqda çətinlik çəkib.

Qirkin həmçinin əlavə edib ki, Ukrayna Ordusunun məqsədi İzyum şəhəri istiqamətində hərəkət edərək, böyük strateji əhəmiyyətə malik olan bu şəhəri ələ keçirməkdir. Əgər bu alınsa, rus ordusunun logistikasına və silah-sursat təminatına böyük zərbə vurulacaq. Çünki bölgədəki əsas magistral yollar məhz İzyumda kəsişir. Ümumiyyətlə, hazırda Xarkov istiqamətində baş verənlər belə təəsürat yaradır ki, Ukrayna Ordusu cənubda – Xerson vilayətində hücuma hazırlaşdığını bəyan etsə də əsas zərbəni gözlənilmədən Xarkovda endirməyə başlayıb. Yaxud da bu, eyni zamanda iki istiqamətdə hücum edərək, qarşı tərəfi çətin duruma salmaq planının tərkib hissəsidir.

“AzPolitika.info”

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az