Xəbər verildiyi kimi, ötən gün rus ordusunun Ukraynanın Dnepropetrovsk vilayəyətindəki dəmiryol vağzalına raketlə hücumu nəticəsində 22 nəfər həlak olub. Bu hadisədən bir bir neçə saat sonra Putinin “Aurus” markalı lüks limuziniylə tələsik şəkildə Kremlə doğru hərəkət etdiyi görünüb.
Mediainfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Z” adlı “telegram” kanalında məlumat yayılıb. Ancaq kanal bir neçə saat sonra həmin paylaşımı silib.
Britaniya mediası iddia edir ki, bu, Putinin yeni bir plan hazırladığını göstərir. Çünki o, 6 ay öncə gecə saatlarında Kremldən ayrıldığı günün sabahı Ukraynaya müharibə elan etmişdi.
Bəs Putini gecə gec saatlarda Kremlə aparan səbəb nə idi?
Putin hazırda hakimiyyət aparatının yerləşdiyi Kremldə deyil, Moskva vilayətindəki Novo-Oqaryovoda yaşayır. Bura Kremldən təxminən 32 kilometr məsafədə yerləşir.
Rusiyalı politoloq və keçmiş deputat Sergey Markov iddia edib ki, Putinin Kremlə getməsinin səbəbi Ukraynanın “terrorçu dövlət” elan edilməsi istiqamətində fəaliyyətləri gücləndirməklə əlaqədar ola bilər.
Başqa bir iddiaya görə, Putin ABŞ-ın Ukraynaya verdiyi yeni hərbi yardım paketindən sonra ümumi səfərbərlik elan etməyi planlaşdırır.
Ukrayna mətbuatı isə yazır ki, Putini Kremlə aparan dəqiq səbəb məlum olmasa da, bu, onun yaxın vaxtlarda həlledici qərarlar qəbul edəcəyini göstərir.Azpolitika.info
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































