"Putinin Ukraynaya qarşı müharibəsinin başlıca səbəbi hakimiyyətini itirmək qorxusudur..."
"Putin rejiminin yoxsulluğunu və mənasızlığını göstərən ən təhlükəli qonşusu Ukrayna olub, ona görə də zərbəni bizə endirib..."
"Ukrayna Putin Rusiyası üçün azadlıq və demokratiya, insanlara normal münasibətlə həyatın keyfiyyətini dəyişməsi ilə təhlükə törədib..."
"Sən 22 ildə nə ilə məşğul olmusan? Onlarda hər şey yaxşıdır. Sən isə Ölməz Kaşşey kimi yalnız özünə məxsus qızıl taxtında əyləşmisən, bizi isə quru çörək yeməyə düçar etmisən..."
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı nifrətinin əsas səbəbi onda deyil ki, Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın dediyi kimi, "Ukrayna Rusiya deyil", ondadır ki, Ukrayna azadlıq və demokratiya hesabına daha yaxşı inkişaf edir.
Mediainfo.az xəbər verir ki, bu fikri rusiyalı müxalifətçi, istefada olan FTX polkovniki Gennadi Qudkov "24 kanal" nəşrinə müsahibəsində səsləndirib.
"Ukrayna Avropalaşan ölkədir, Putin Rusiyasının təsirindən çıxır və buna görə onun üçün təhlükəlidir. Ukrayna azadlıq və demokratiya, insanlara normal münasibətlə həyatın keyfiyyətini dəyişməsini nümayiş etdirməsi ilə ona təhlükədir. Rusiya isə nəhəng təbii resurslara malik olmağına rəğmən, həyat keyfiyyətinə görə Ukraynaya uduzmağa başlayıb. Onun üçün bu, ölümcül risk deməkdir", - Qudkov bəyan edib və bunu Putinin Ukraynaya qarşı törətdiyi qanlı müharibənin əsas səbəbi adlandırıb.
"Ukrayna onun rejiminə təhlükə törədib, buna o, yol verə bilməzdi. Ukraynaya müdaxilə məsələsi Putin rejimi üçün sağ qalma məsələsi, həlledici məqam, problemin əsas mahiyyətidir. Müharibəsiz Putin öz reytinqini qoruyub saxlaya bilməzdi, Ukrayna isə qonşu ölkədir, xalqı böyükdür, rusca danışır, yeni-yeni uğurlar əldə edir, Avropaya aparan yoldadır, bunlar isə onun üçün fəlakətdir", - rusiyalı müxalifətçi belə şərh edib.
Putin Ukrayna iqtisadiyyatının sürətlə inkişafı ilə barışmadığı üçün Rusiya ordusu Ukraynanın infrastrukturuna raket zərbələri endirməsinin səbəbi bundan ibarətdir.
"Nədən o, infrastrukturumuza, şəhərlərimizə, zavodlarımıza zərbələr endirir? Çünki o, qarşısına Ukraynanı dağıtmaq, ukraynalılara normal yaşamağa, ruslardan yaxşı yaşamağa imkan verməməyi məqsəd qoyub. Ukraynalılar daha yaxşı yaşasalar, Rusiyanın milyonlarla əhalisi ondan soruşacaq: "Vladimir Vladimiroviç, bu 22 ildə sən nə ilə məşğul olmusan? Bax, orada hökuməti əlcək kimi dəyişirlər, artıq beşinci prezident seçilib, kimdir, haradandır, fərq etməz, bax, onlarda hər şey bizdən yaxşıdır. Sən isə burada Ölməz Kaşşey kimi yalnız özünə məxsus qızıl taxtın üstündə oturmusan, bizi isə quru
çörək yeməyə düçar etmisən. Yetər daha, düş o taxtından". Onun ən çox qorxduğu məhz budur", - siyasətçi deyib.
O, əmin edib ki, Kreml rəhbərinin Ukraynaya qarşı törətdiyi müharibənin başlıca səbəbi hakimiyyətini itirmək qorxusudur.
"Putin ən çox ondan qorxurdu ki, Ukrayna ölkəni necə inkişaf etdirməyin, hansı yolla getməyin nümunəsi olacaq, rusiyalılar isə görəcək ki, bu ağılsız qoca dövləti inkişaf etdirmək bacarığı olmadığı halda, daha 12-15 il dövləti idarə etmək hüququnu əlində saxlayacaq. Ona görə də hərbi müdaxilə qaçılmaz olub. Bu müdaxilə Gürcüstana, Ermənistana, Qazaxıstana da ola bilərdi. Müharibə hakimiyyətini saxlamaq üçün lazım olub. Amma Putin rejiminin yoxsulluğunu və mənasızlığını göstərən ən təhlükəli qonşusu Ukrayna olub, buna görə də zərbəni bizə endirib", - Qudkov sözlərinə yekun vurub.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































