Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb. İddia olunur ki, KXCP lideri səhhətində yaranmış ağır problemlərdən dolayı komaya düşüb.
Mediainfo.az-ın verdiyi xəbərə görə,Mirmahmud Mirəlioğlunun qardaşı Mirfayaz Fəttayev isə Qaynarinfo-ya bildirib ki, partiya sədrinin komaya düşməsi barədə xəbər həqiqətəuyğun deyil.
"Hazırda səhhəti normaldır. Həkimlər vəziyyətinin ağırlaşmasının qarşısını alıblar. Hazırda müalicə olunur və müalicə uğurla davam edir. Komaya düşməsi barədə xəbərlər həqiqəti əks etdirmir”, - deyə Mirmahmud Mirəliloğlunun qardaşı vurğulayıb.
Mirmahmud Mirəliloğlu Milli Azadlıq Hərəkatının liderlərindən biridir. O, uzun müddət Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərhum sədri Əbülfəz Elçibəyin müavini olub. Elçibəyin vəfatından sonra AXCP iki yerə parçalandı. Mirmahmud Mirəlioğlunun liderlik etdiyi və şərti olaraq "klassiklər” adlandırılan qanad 2006-cı ilə qədər AXCP adı altında fəaliyyət göstərdi. Həmin ilin mart ayənda isə "klassiklər”in bazasında KXCP təsis edildi. Mirmahmud Mirəlioğlu həmin ildən partiyanın sədridir. KXCP yarandıqdan bir il sonra Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































